Ağcabədidə partlamamış hərbi sursatlar tapıldı - Fotolar

1 Sentyabr 2018 09:18 (UTC+04:00)

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 8 ədəd partlamamış hərbi sursat (3 ədəd F-1 əl qumbarası və 5 ədəd UZRQM partladıcısı) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

AzNew.az