Ordumuzun əsgəri bıçaqlandı

29 Mart 2013 10:08 (UTC+04:00)


Dövlət Sərhəd Xidmətində bıçaqlanan hərbiçinin adı məlum oldu. O, Gədəbəy rayonu Zamanlı kənd sakini, 1994-cü il təvəllüdlü Surət Məmmədovdur.

Bu barədə "bizimyolinfo.com" saytına Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin həkimi Şəmsəddin Bünyadov məlumat verib. O, hərbiçinin bıçaqlandığını təsdiqləyib. "Cərrahlar hərbiçinin döş qəfəsin açıblar, görüblər qarın boşluğundan qan gəlir, bağlayıblar, Bakıya göndəriblər. Ona qarın və döş boşluğunu dəlib keçən iti alət yarası diaqnozu qoyulub"- Ş.Bünyadov bildirib.

Qeyd edək ki, Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində əsgərlər arasında insident baş verib. Nəticədə S. Məmmədov bıçaqlanıb.

AzNews.az