Fars müğənnilər konsertdə döyüldü- FOTOLAR
29 Mart 2013 10:13 (UTC+04:00)
Ebi, Mənsur və Cəmşid adlı fars ifaçılar bayram konserti vermək üçün getdikləri Ərbil şəhərində döyülüb.
AzNews.az "Baybak"a istinadən xəbər verir ki, olay fars müğənnilərin Ərbildəki Novruz konsertində iştirak etmək üçün başqa şəhərlərdən gələn bəzi kürdlərin sərxoş olaraq qadınlara qarşı zorakılıq göstərməsi ilə başlayıb. Daha sonra qruplar arasında dava böyüyərək müğənnilərin döyülməsi ilə nəticələnib.
Davaya müdaxilə edən polis tərəfləri ayırmaq üçün elektrikli dəyənəklərdən istifadə edib. Maraqlıdır ki, İran müğənnilərini reklam edilən konserti konsert salonunda yox, kiçik bir zalda keçirilib.
Elnarə Əlosmanqızı
AzNews.az