“Masazırda sürüşmə zonasında cüzi artım qeydə alınıb“

29 Mart 2013 10:23 (UTC+04:00)
Bəxtiyar Qaralov: "Yağıntıların başlaması sürüşmə prosesinə mənfi təsir göstərəcək"

Masazır ərazisindəki sürüşmə zonasında gərginlik davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, dünəndən etibarən ərazidə vəziyyət nisbi stabildir. Onun sözlərinə görə, ciddi aktivləşmə və artım qeyd alınmayıb: "Masazırda sürüşmə zonasında cüzi artım qeydə alınıb. Dünəndən bu günə kimi 4-5 sm eninə artım qeydə alınıb. Bu da cüzi artım olduğundan ciddi artım kimi qəbul edilmir. Artıq sürüşmənin qarşısını almaq üçün bütün təkliflər Nazirlər Kabinetinə göndərilib. Bu təklilərə əsasən, lazımi işlər görülməsə sürüşmə prosesi davam edəcək".

B. Qaralov qeyd edib ki, yağıntıların başlaması sürüşmə prosesinə mənfi təsir göstərəcək.

AzNews.az