28 yaşlı oğlan güllələndi -Salyanda dəhşət dolu qətl

1 Sentyabr 2018 17:26 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.