Öldürülən şəxs deputat çıxdı

29 Mart 2013 10:34 (UTC+04:00)


Lent.az-ın verdiyi xəbərə görə, yaraqlılardan birinin Dağıstanın Untsukul rayon Məclisinin sədri, 1978-ci ildə anadan olmuş Maqomedxabib Maqomedaliyev olduğu üzə çıxıb.
Xüsusi əməliyyat da Maqomedxabib Maqomedaliyevin Moskovskaya küçəsində yerləşən evində aparılıb.
Bu fakt bəlli olduqdan sonra Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipov təcili müşavirə çağırıb. Müşavirəyə Dağıstan parlamentinin deputatları, hökumət üzvləri, güc strukturlarının nümayəndələri qatılıblar. Abdulatipov çox emosional çıxış edərək Dağıstanda vəzifə sahibi olanların şəxsi işlərinin bir-bir yenidən yoxlanılacağını bəyan edib.
Qeyd edək ki, 4 gün ərzində aparılan əməliyyat zamanı 5 silahlı öldürülüb, 2 hərbçi həlak olub, 6 hərbçi yaralanıb. Cəsədlər yandığı üçün hələ ki, digər 4 silahlının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

AzNews.az