Telekanalın qadın aparıcıları əyləncə məkanında dalaşdı, birinin başı yarıldı, qulağının pərdəsi partladı

1 Sentyabr 2018 23:32 (UTC+04:00)

Eyni telekanalda, hətta eyni proqramda çalışan iki qadın aparıcı saç yolduya çıxıblar. Ancaq efirdə deyil, barda!

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Qərbi Virciniya əyalətində efirə çıxan WSAZ adlı kanalın xəbər proqramının aparıcıları- spiker Erika Bivens və hava proqnozunun təqdimatçısı Çelsi Ambriz həftəsonunu eyni barda keçiriblər.

Bivens məkana son vaxtlar araları soyuq olan əri ilə gəlibmiş. Qısqanclıqdan bir andaca gərilən Bivens həmkarını əri ilə flört etməkdə suçlayıb və ona hücum çəkib. Şahidlərin dediyinə görə, 26 yaşlı hava proqnozu təqdimatçısı xəbər spikerini möhkəmcə döyüb. Onun başı yarılıb və qulaq pərdəsi partlayıb.

Hadisə yerinə gələn polis cinayət işi açıb və olay ABŞ-da gündəm olub.

AzNews.az