Yaponiyanın baş naziri Kim Çen Inla görüşmək istəyir

2 Sentyabr 2018 09:09 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Sindzo Abe "Sankei" qəzetinə müsahibəsində deyib.

Abe bildirib: "Mən ABŞ və Şimali Koreyanın sammitindən sonra Yaponiya və Şimali Koreya arasında inamsızlığa son qoymaq üçün addım atmaq istərdim".

Abe qeyd edib ki, Kim Çen Inla görüşməlidir və danışıqların saxlanılan yapon vətəndaşlarının azad olması məsələsinə tövhə verməsinə nail olmalıdır.

AzNews.az