AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, insident gecə saatlarında qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları səkkiz nəfərin yaralandığını aşkarlayıblar. Başından yaralanmış 28 yaşındakı qadın sonradan xəstəxanada ölüb. 19-53 yaş arasında olan digər yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hakimiyyət orqanları atəş açanın kimliyi və insidentin motivləri barədə məlumat verməyiblər. Hələlik həbs olunanlar yoxdur.
AzNews.az