İki maşın toqquşdu - Bir nəfər yaralandı

2 Sentyabr 2018 10:46 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında olub.

"Mercedes"markalı avtomobillə "VAZ" markalı maşının toqquşması nəticəsində bir nəfər xəsarət alaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az