Türkiyədə daha bir avtobus qəzası - 6 nəfər öldü

2 Sentyabr 2018 11:38 (UTC+04:00)

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Oğuzeli-Kilis istiqamətində hərəkət edən içərisində kəndlilərin olduğu yük maşını avtobusla toqquşub.

Nəticədə 6 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

AzNews.az