ABŞ-da daha bir qanlı olay - Ölən var

2 Sentyabr 2018 15:12 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb.

Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

AzNews.az