Yevlaxda yol qəzası - Ata və qızı...

2 Sentyabr 2018 17:35 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı "Oka" markalı avtomobil mikroavtobusla, ardınca isə "VAZ-2109" markalı avtomobil ilə toqquşub və yoldan çıxaraq aşıb.

Nəticədə "Oka"nın 1962-ci il təvəllüdlü sürücüsü Orucov Əmir Duman oğlu və onun 2002-ci il təvəllüdlü qızı Orucova Zəhra müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

AzNews.az