AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Makkeynin qızı Trampın kəskin tənqidçisi kimi tanınır. O cümlədən mərhum senatorun vəsiyyətinə əsasən, Donald Tramp dəfndə iştirak etməyib. Makkeynin qızı Meq isə dəfndə Tramp haqqında tənqidi fikirlər səsləndirməkdən qalmayıb. O, prezidentin "ABŞ-ı yenidən möhtəşəm eləyək" lozunquna eyham vururaq, "ABŞ onsuz da möhtəşəmdir" - deyə xalqa səslənib.
Dəfn mərasimində diqqət çəkən maraqlı nüanslardan biri isə keçmiş prezident Buşla keçmiş birinci xanım Mişel Obama arasındakı səmimiyyət olub. Buş həyat yoldaşı Lauranın əlindən konfet alaraq, onu "atalıq qayğısı" ilə Mişelə verib. Barak Obama və Laura Buş isə bu səmimi olaya gülümsəyərək reaksiya bildirib.
Qeyd edək ki, həmin görüntülər sosial mediada müzakirələrə səbəb olub. İstifadəçilər "son vaxtlarda gördüyümüz ən yaxşı hadisə", "siyasət gəldi-gedərdir, əsas dostluqdur", "Buş və Obama arasında olanlar ABŞ-a inamımızı gücləndirdi" qəbilindən fikirlər bildiriblər.
Nurlan AĞA,
AzNews.az