Toyda döyüldü, xəstəxanaya aparıldı -ŞAMAXIDA

2 Sentyabr 2018 23:53 (UTC+04:00)

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kərkənc kəndində baş verib.

Kənddə keçirilən toy mərasimində baş verən davada, 1977-ci il təvəllüdlü Xaqani Oktay oğlu Rüstəmov bir neçə həmyerlisi tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb.

X.Rüstəmov yaxınları tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.