AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Bakı-Qazax yolunun Lökbatan qəsəbəsindən keçən hissəsində yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Əzimova Pərvanə Sabir qızını minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır.
AzNews.az