Liverpulda məşhur bina yandı

3 Sentyabr 2018 08:53 (UTC+04:00)

AzNews.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, yanğın birinci mərtəbədən başlayaraq yuxarılara doğru irəliləyib. Saat 19:52-də başlayan yanğın hadisə yerinə cəlb edilmiş 9 yanğınsöndürmə briqadasının köməyi ilə söndürülüb. Xəsarət alan yoxdur.

Qeyd edək ki, beşmərtəbəli bina 1938-ci ildə tikilib, 2003-cü ildən bəri isə binada heç kim yaşamır.

AzNews.az