Bakıda müəmmalı bıçaqlanma - Marketin qabağında yıxıldı

3 Sentyabr 2018 09:10 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü Həsənli Sakit Maarif oğlu "Davud" marketin qarşısında bıçaqlanmış vəziyyətdə huşunu itirərək yerə yıxılıb. O, yaxından keçən şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

AzNews.az