Bakıda zəlzələ həyəcanı

29 Mart 2013 11:21 (UTC+04:00)


Türkiyənin İstanbul şəhərində yüz minlərin ölümü ilə nəticələnəcək zəlzələnin gözlənildiyi barədə səslənən fikirlər Azərbaycanda da narahatlıq yaradıb. AMEA-nın müxbir üzvü, elmlər doktoru, professor Kərim Kərimov AzNews.az-a açıqlamasında bildirib ki, bütün dünyada zəlzələlərin aktivləşməsi prosesi gedir.

Bununla belə İstanbulda böyük insan tələfatı ilə nəticələnəcək zəlzələnin olacağı barədə xəbəri "cəfəngiyat" adlandıran professor Azərbaycanla bağlı da fikirlərini bölüşüb:

"Türkiyədə zəlzələnin əvvəlcədən proqnozlaşdırılması üçün cihaz yoxdur. Belə olan halda zəlzələnin olacağını əvvəlcədən söyləməkdə məqsəd insanlarda təşviş hissi yaratmaqdır. Azərbaycanda böyük zəlzələ gözlənilmir. Bəzi xırda təkanlar ola bilər, ancaq dağıdıcı zəlzələ barədə söylənənlər həqiqət deyil".

Elnarə Əlosmanqızı
AzNews.az