Ötən il 98 helikopter istehsal edilib

29 Mart 2013 11:23 (UTC+04:00)
Rusiyanın Kazan helikopter zavodu (KVZ) ötən il 98 helikopter istehsal edib. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, KVZ 2012-ci ildə helikopterlərin satışından 35,1 mlrd. rubl vəsait əldə edib.

Ötən il KVZ-ın ən böyük sifarişçiləri - Hindistan (10,5 mlrd. rubl), ABŞ (6 mlrd. rubl), Azərbaycan (5,9 mlrd. rubl) və Misir (3,6 mlrd. rubl) olub. Bunlardan başqa, Meksika, Belarus, Sudan, Kuba, Ukrayna, Qazaxıstan, Bolqarıstan, BƏƏ, Türkmənistan, Venesuela, Almaniya, Litva, Çexiya, Vyetnam, Koreya, Serbiya və CAR-da KVZ-dən müəyyən sayda məhsullar alıb.

Qeyd edək ki, 2009 və 2010-cu illərdə Azərbaycan və Rusiya arasında bağlanmış müqavilə çərçivəsində Azərbaycana 60 ədəd Mi-8/Mi-17 tipli helikopter çatdırılmalıdır. Bu helikopterlərin bir qismi KVZ tərəfindən istehsal edilir.

AzNews.az