Egey dənizini üzüb keçən o məşhur tutuldu

3 Sentyabr 2018 11:25 (UTC+04:00)

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, 2015-ci ildə bacısı Yusra Mardini ilə birlikdə qayıqlarının batması nəticəsində Egeyi üzərək keçmiş S.Mardini insan qaçaqçılığında təqsirləndirilib.

Sarahla birlikdə yaxalanmış İrlandiya vətəndaşı Sin Binderin də qaçqınlara yardım dərnəyi olaraq fəaliyyət göstərən Beynəlxalq Təcili Durum Mərkəzində (ERCİ) işlədiyi aşkar edilib.

Həbs olunmuş hər iki şəxs kələkbazlıq, casusluq, dövlət sirrini yaymaq kimi maddələrlə də təqsirləndirilir.

Nurlan AĞA
AzNews.az