Putin Rusiyanı Yaxın Şərqdə necə aktiv oyunçuya çevirdi - TƏHLİL

3 Sentyabr 2018 12:18 (UTC+04:00)

İraqın paytaxtı Bağdad şəhərində Rusiya, İran, İraq və Suriya hərbçilərinin iştirakı ilə müzakirələr keçirilib. Toplantıda ölkələri baş qərargah rəislərinin müavinləri təmsil edib. İran mediasının məlumatına görə, toplantıda regional hərbi əməkdaşlıq, terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub.

Əslində bu yeni toplantı deyil. 2015-ci ildən bu yana 4 dövlətin koordinasiyalı antiterror toplantıları keçirilir. 2014-cü ildə İŞİD İraqda və Suriyada geniş əraziləri işğal edib qlobal təhlükəyə çevriləndən sonra Vaşinqton 64 ölkəni birləşdirən antiterror koalisiyası yaratdı. Bundan bir il sonra 2015-ci ilin 30 sentyabrından isə Moskva Suriyada aktiv hərbi əməliyyatlar başlayıb. Amma Rusiya bu bölgədə daha çox əvvəllərdən vardı.

Qeyd edək ki, Suriyada Rusiya (SSRİ) hərbi qüvvələri 1971-ci ildə yerləşdirilib. Suriya və SSRİ arasında anlaşma əsasında Suriyanın Tartus liman şəhərində SSRİ hərbi-dəniz bazası qurulub. Hazırda bu baza Rusiyanın Aralıq dənizində və ümumiyyətlə, postsovet məkanından kənarda yeganə hərbi bazası hesab olunur.

Картинки по запросу вежÐ

Və nəhayət, Rusiyada ilk dəfə olaraq Sankt Peterburqda yerləşən Rusiya hərbi nəqliyyat və dəmir yolları hərbi məktəbinə 8 suriyalı kursant qəbul olunub. Rusiya artıq Yaxın Şərqdə alternativ gücə çevrilməkdədir. (Kənan Rövşənoğlu, Musavat.com)

AzNews.az