AzNews.az Rusiyanın “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, Lavrov bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri ilə keçirdiyi görüşdə bildirib.
O, Rusiyanın Şərqi Ukraynadakı böhranın həlli yolunda Minsk müqavilələrində əsas rol oynadığını qeyd edərək, prosesi bütün hallarda asanlaşdırmaq üçün hazır olduqlarını vurğulayıb. Lakin bunun təkcə Rusiyadan asılı olmadığını da dilə gətirib.
Qeyd edək ki, Ukraynda növbəti prezident seçkisi 2019-cu il martın 31-də, parlament seçkisi isə həmin il oktyabrın 27-də keçiriləcək.
Nurlan AĞA
AzNews.az