"Moskva İrəvana inanmır” - “1in.am”

3 Sentyabr 2018 14:44 (UTC+04:00)

Rusiya və Azərbaycan liderlərinin görüşündə 16 sənədin imzalandığını bildirən erməni saytı bu sənədlərin sektoral müxtəlifliyinə də “diqqət yetirib”.
“1in.am” saytı daha sonra yazır: “...Lakin Ermənistanın Rusiyaya qarşı təkvektorlu siyasəti elə də bir effekt vermədi, əksinə, erməni-rus münasibətlərində dərin böhrana gətirib çıxardı. Bu, Lavrovun Ermənistanla bağlı verdiyi bəyanatda, Putinin rəsmi şəkildə Robert Koçaryanı ad günü münasibətilə etdiyi təbrikdə də özünü göstərdi. Bütün bunlar Moskvanın İrəvana qarşı etimadsızlığının təzahürüdür. Biz hələ baş nazirimiz Nikol Paşinyanın Rusiyaya etdiyi iki səfərin faktiki olaraq protokol olduğunu və konkret müqavilələrlə dəstəklənməməsindən danışmırıq”.
Saytda yer alan maraqlı nüanslardan biri də son günlər Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı ermənilərin verdiyi “məsləhət”dir: “Bakı Moskvadan nə əldə etdiyini yaxşı anlayır. Belə ki, KTMT-yə üzvlük Azərbaycanın yürütdüyü xarici siyasətə məhdudiyyət qoya bilər”.
Təbii ki, bu da erməni xainliyinin təzahürlərindən biridir... (Palitra)