İsrail növbəti dəfə İranı hədələdi: “Xaricdəki hədəflərini də vuracağıq”

3 Sentyabr 2018 17:07 (UTC+04:00)

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, nazir bunu İsrail dövlət televiziyasına açıqlamasında deyib. “Biz yalnız Suriya torpaqları ilə kifayətlənməyəcəyik, hamı bilsin” - deyə, Liberman qeyd edib.

A.Liberman İranın hansı ölkələrdəki hədəflərini vuracaqları ilə bağlı isə açıqlama verməyib.

Qeyd edək ki, avqustun 30-da İsrail baş naziri Benyamin Netanyahu da Suriya və İrana aid hədəfləri vuracaqları ilə bağlı təhdid irəli sürmüşdü.

Nurlan AĞA
AzNews.az