Moskvada silahlı atışma - Pul üstündə...

3 Sentyabr 2018 19:12 (UTC+04:00)

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Varşava avtomobil yolunda qeydə alınıb.

“İlkin məlumata görə, bir neçə şübhəli şəxs bir-birinə iri məbləğdə pul ötürən iki kişiyə atəş açıblar. Şübhəlilər pulu ələ keçirib minik maşını ilə hadisə yerindən uzaqlaşıblar”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az