76 yaşında intihar etmək istədi

29 Mart 2013 12:07 (UTC+04:00)


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Sadıllı qəsəbəsində yaşayan, 1937-ci il təvəllüdlü Pakizə Qəhrəmanova dünən iki övladının dəfn edildiyi İmamzadə qəbiristanlığında kimyəvi məhlul içərək özünü öldürmək istəyib. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən P. Qəhrəmanovanın səhhətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AzNews.az