İqtisadiyyat Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nazirlik və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Yüksək Texnologiyalar Parkının müəllim, tələbə və gənc tədqiqatçıları, həmçinin ASAN könüllüləri ilə maarifləndirmə tədbirləri keçirilib.
İndiyədək müsabiqəyə 70-yə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün namizədlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması vasitəsilə təqdim edə bilərlər.
AzNews.az