Azyaşlı uşaq kanalda boğularaq öldü- Ucarda

29 Mart 2013 12:08 (UTC+04:00)
Ucar rayonunda azyaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 28-də Ucar rayonunun Qazıyan kəndində qeydə alınıb. Kənddə yaşayan babasının evinə qonaq gələn Göyçay rayon sakini, azyaşlı Fidan Həşimova kəndinin ərazisindən keçən su kanalına yıxılıb və suda boğulub.

AzNews.az