“Bu, bizim üçün yeni imkandır” - Nazarbayev

4 Sentyabr 2018 00:00 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

Qazaxıstan Prezidenti 2015-ci ildə keçirilən Astana Sammitindən ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdiyini, siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb.

Nursultan Nazarbayev Novruz bayramının ortaq tədbirlərlə qeyd olunmasının mədəniyyət sahəsində əməkdaşlıq baxımından önəmini qeyd edib:

"Onu da deyim ki, bizim sədrliyimiz dövründə elmi maarifləndirmə işlərinə xüsusi diqqət yetirilib. Belə ki, Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına “Ümumtürk tarixi” dərsliyi daxil edilib. Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı “Atalar mirası” portalı istifadəyə verilib, “Türkbarometr sosioloji tədqiqat” layihəsinin reallaşdırılmasına başlanılıb. Dövlətlərimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün “Müasir İpək Yolu” layihəsinə start verilib".

AzNews.az