“Qırmızı Körpü”dəki dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

4 Sentyabr 2018 07:17 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətindən AzNews.az-a verilən məlumata görə, sərhəd-keçid məntəqəsinin Azərbaycana aid hissəsində TIR markalı yük maşını yoxlanış üçün saxlanılıb.

Sürücü yük maşınından düşüb sənədlərini təqdim edərkən dayanmış vəziyyətdə olan yük maşınının əyləc sistemində qəfil problem yaranıb və TIR öz-özünə hərəkətə başlayəb. Nəticədə TIR qarşısında olan Dövlət Sərhəd Xidmətinin gizir rütbəli hərbi qulluqçusunu vurub.

Gizir aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az