8 yaşlı uşağı maşın vurdu - Bakıda

4 Sentyabr 2018 08:38 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Musayev Seymur Əmirdon oğlunu Zabrat qəsəbəsində minik avtomobili vurub.

Yaralı ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin orada vəziyyəti ağırlaşan uşaq özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az