NASA fəlakəti belə göstərdi - Foto

4 Sentyabr 2018 10:30 (UTC+04:00)

AzNews.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, avqustun 23-dəki təbii hadisələrdən əlavə, yağış və digər elementlərdən ibarət olan xəritədə yanğınlar qırmızı rəngdə təsvir olunub.

Həmin bölgələr meşə yanğınlarının çoxluq təşkil etdiyi, ağaclar, yaşıllıq və evlərin külə döndüyü, təsərrüfat sahələrinin məhv olduğu Cənubi Afrikada daha çox görünür.



Xəritədə mavi görünən yerlər atmosferə səpələnmiş duz miqdarını bildirir. Sakit okeanda isə Lane qasırğasının Havay adalarına doğru hərəkət etdiyi görünür.

Həmçinin Asiya qitəsində də duzun miqdarı yüksəkdir.

Xəritədə bənövşəyi rəng isə toz hissəciklərinin sıxlığına işarə edir. Bu rəngə Qərbi Çin, Şimali Afrika və Orta Şərqdə daha çox rast gəlinir.

Nurlan AĞA
AzNews.az