Tramp rəqib saydığı məşhur siyasətçini ələ saldı

4 Sentyabr 2018 13:34 (UTC+04:00)

O, “belə baxıram ki, İran anlaşmasının atası olan Con Kerri prezident olmağa hazırlaşır” – deyə, tvit atıb.

Bu durumla bağlı münasibət bildirmiş ABŞ-ın əvvəlki dövlət katibi olmuş Con Kerri 2020-ci ildə keçiriləcək seçkidə prezidentliyə namizəd olmayacağını, hazırda 2018-ci il üzərində düşünmələri gərəkdiyini bildirib.

Qeyd edək ki, Kerri 2004-cü ildəki seçkidə Demokratlar partiyasından namizəd olmuş, lakin respublikaçı Corc Buşa uduzmuşdu.

Nurlan AĞA
AzNews.az