“Günəşli“ yatağında 2 yeni quyu qazılır

29 Mart 2013 12:38 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi "Günəşli" yatağında 2 yeni quyunun qazılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə xəbər cümə günü ARDNŞ-in rəsmi internet saytında yerləşdirilib.

Məlumata görə, yataqdakı 10-cu özüldən Fasilə Lay Dəstəsinə qazılan 340 nömrəli quyunun layihə dərinliyi 3000 metrdir. Quyudan sutkada 100 ton neftin hasil olunacağı gözlənilir. 14-cü özüldən Qirməki Altı Lay Dəstəsinə qazılan 41 nömrəli quyunun layihə dərinliyi isə 3750 metrdir. Geoloqların hesablamalarına əsasən, həmin quyudan sutkada 15 ton kondensat, 150 000 kubmetr qaz hasil olunacaq.

Qeyd edək ki, hər iki quyu "28 May" NQÇİ-nin sifarişi ilə qazılır.

AzNews.az