“El” hərakatı Maştağada görüş keçirdi
29 Mart 2013 12:45 (UTC+04:00)
Dünən "El" hərəkatı Maştağa qəsəbəsində əhali ilə görüş keçirib. Bunu haqda AzNews.az-a məlumatı hərəkatın üzvü Eldəniz Quliyev verib.
Onun sözlərinə görə, bu görüşdə "El" hərəkatının rəhbəri Eldar Namazov da iştirak edib: "Eldar Namazovla birlikdə Maştağa ağsaqqalları, ziyalıları ilə görüşdük. Onlar bu hərəkata böyük önəm verirlər. Hətta heç bir siyasi qurumun üzvü olmayanlar da "El"ə qoşulacağını dedilər".
Bahar Rüstəmli
AzNews.az