Ana ölümü ilə bağlı acı statistika

4 Sentyabr 2018 22:20 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, ana ölümünün səviyyəsi 2017-ci ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,4 dəfə azalıb, kənd yerlərində isə 1,4 dəfə artıb.

2017-ci ildə ölkədə ümumilkdə hər 100 000 diri doğulana düşən ana ölümü göstəricisi 14,6 olub ki, bu göstərici 2016-cı ildə 13,8 olub.

Keçən il şəhər yerlərində hər 100 000 nəfər diri doğulana düşən ana ölümü göstəricisi 11,5, kənd yerlərində 17,4 olub. Bu göstəricilər 2016-cı ildə müvafiq olaraq 15,6 və 12,1 olub.

2017-ci ildə hər 1000 diri doğulana düşən körpə ölümü göstəricisi qızlar arasında 9,7 (2016-cı ildə 9,7), oğlanlar arasında 12,3 (2016-cı ildə 12,8) olub. Bütövlükdə oğlan uşaqları arasında ölüm səviyyəsi qız uşaqlarına nisbətən daha yüksəkdir.

AzNews.az