Bitkoin bahalaşır

4 Sentyabr 2018 23:10 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bitkoin 7,2 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,62% artaraq 7,276 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti isə ucuzlaşıb. Belə ki, "Ethereum" 1,53% və ya 285,54 dollaradək, "Ripple" 1,44% (0,333 dollara qədər), "Bitcoin Cash" isə 0,26% (625,86 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 236 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür.

AzNews.az