“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ötən il azadlığa çıxan Riçard 1999-cu ildə marketlərdən birində qadını silahla hədələyərək mobil telefonunu oğurlamaqda ittiham olunurdu. Cons hadisə baş verdiyi gün ad günü partisində olduğunu söyləsə də, şahidlərin ifadələri əsasında 17 il həbsə məhkum edilib. Əslində isə cinayəti Riçarda əkizi qədər bənzəyən Riki Amos adlı şəxs törədibmiş. Riki tutulsa da, aradan keçən zaman fasiləsi səbəbindən məsuliyyətə cəlb olunmayıb.
Cons 1,1 milyon dollar təzminatla yanaşı, pulsuz təhsil, iki qızının təhsil almasının təminatı, tibbi sığorta tələb edib.
AzNews.az