Lerikdə zəlzələ

5 Sentyabr 2018 07:59 (UTC+04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 03:26-da Yardımlı stansiyasından 25 km şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,1 bal olan və 12 kilometr dərinlikdə qeydə alınan zəlzələ hiss olunmayıb.

AzNews.az