Nazirlikdən daha bir MMC-yə külli miqdarda cərimə

5 Sentyabr 2018 09:17 (UTC+04:00)

Bu haqda AzNews.az-a nazirlikdən məlumat verilib.

Reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 m3 həcmində gilin çıxarıldığı məlum olub.

Faktla bağlı “Raqib-FK” MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

AzNews.az