Ombudsman: “Əhali çörək və ədalət istəyir”

29 Mart 2013 13:19 (UTC+04:00)



O, bu gün keçirdiyi mətbuat konfransında ölkənin məhkəmə sistemini ciddi tənqid edib. Onun sözlərinə görə, əhalinin 70 faizi məhkəmə sisteminə inanmır.

Ombudsman bildirib ki, vergi sistemində korrupsioner məmurların olduğu hamıya bəllidir: "Problemləri iki sözlə ifadə etsək, əhalinin ədalət məhkəməsinə və çörəyə ehtiyacı var. Əhali çörək və ədalət istəyir. Başqa sözlə desək, sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmalıdır".

Elnarə Əlosmanqızı
AzNews.az