Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu il bakalavriatura üzrə 914, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib.
Köçürülənlərdən 887 nəfəri yerli, 21 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil alanlardır.
Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
AzNews.az