AzNews.az “Habertürk”ə istinadən bildirir ki, ABŞ-ın Ankaradakı səfirliyindən verilmiş məlumata görə, Türkiyə və ABŞ Bəşər Əsədin İdlibdə həyata keçirəcəyi hərbi əməliyyatın Suriyadakı proseslərə mənfi təsir göstərəcəyi ilə bağlı həmfikir olublar.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə amerikan həmkarı May Pompeo arasındakı görüşdə rahib Bransonun azadlığa buraxılmasının vacibliyi də gündəmə gətirilib.
Nurlan AĞA
AzNews.az