Təbii fəlakət 15 can aldı

5 Sentyabr 2018 19:13 (UTC+04:00)

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, daşqınlar və torpaq sürüşmələri ölkənin mərkəzində yerləşən Thanhoa əyalətində 9 nəfərin, şimalda yerləşən Hoabin, Yenbay, Şonla, Lanqşon və Laytyao əyalətlərində isə 6 nəfərin həyatına son qoyub. Bundan başqa, 382 bina dağılıb, təxminən 5 min hektar əkin sahəsi zərər çəkib, xeyli sayda mal-qara və quş tələf olub.

Qeyd edək ki, bu il Vyetnamda təbii fəlakətlər nəticəsində 153 nəfər həyatını itirib və ya itkin düşüb, 119 nəfər isə xəsarət alıb.

AzNews.az