Kim Çen In cənublu qonaqları qəbul etdi

5 Sentyabr 2018 20:02 (UTC+04:00)

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti Mun Çje İnin şəxsim məktubunu Kim Çen Ina təqdim edərək fikir mübadiləsi aparıblar.

Cənubi Koreyadan olan qonaqlar təntənəli şam yeməyindən sonra Pxenyanı tərk edib. Nümayəndə heyətinin tərkibində Milli kəşfiyyat agentliyinin başçısı So Xun və birləşmə üzrə nazirin müavini də olub.

Qeyd edək ki, Şimali Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikasının liderləri cari ildə iki dəfə - aprel və may aylarında görüşüblər.

AzNews.az