Azərbaycanlı damaçı dünya çempionu oldu

5 Sentyabr 2018 20:59 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçisi, Azərbaycan və Avropa çempionu, beynəlxalq usta Pərviz Həsənov yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb.

İdmançımız İsveçrə sistemi üzrə keçirilən mötəbər turnirdə 7 tura 13 xal toplayaraq (6 qələbə, 1 heç-heçə) dünya çempionatının qızıl medalına sahib olub.

AzNews.az