Son 25 ilin ən şiddətli tayfunu - Fotolar

5 Sentyabr 2018 21:08 (UTC+04:00)

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 300-dən çox insan isə xəsarət alıb.

Sel suları küçələri basıb, körpülər dağılıb, yüzlərlə avtomobil yararsız hala düşüb.

Təhlükəli bölgələrdən 2 milyonadәk sakin evakuasiya edilib.

Külәyin sürəti saatda 200 kilometrə çatır. Osaka şəhərində 1,6 milyon ev elektriksiz qalıb. Bu tayfunun son 25 ilin ən güclüsü olduğu bildirilir.

AzNews.az