Əfqanıstanda daha bir qanlı gün - 20 nəfər...

5 Sentyabr 2018 21:16 (UTC+04:00)

Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kabildə ardıcıl baş verən 2 partlayış nəticəsində 20 nəfər ölüb. 60 nəfərdən artıq yaralı var.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş ilk hücumun bir nəfərin özünü partlatması nəticəsində törədildiyini söyləyib.

Qeyd edək ki, partlayışlardan biri güləş salonlarından birində, digəri isə salonun yaxınlığında baş verib.

AzNews.az