Gəlinlərdən dekolteyə görə vergi tutula bilər

5 Sentyabr 2018 22:07 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, rahib Kristiano Bobbo kilsədə nikah zamanı gəlinlərin geyimindəki dekoltenin səviyyəsinə görə vergi tətbiq olunmasını təklif edib.

Rahib bildirib ki, son zamanlar qadınlar öz gəlinliklərində bu və ya digər personajları təqlid etməyə çalışır. Rahib əlavə edib ki, onun təklifi zarafat xarakteri daşısa da, dərin mənaya malikdir.

Qeyd edək ki, İtaliyada nikahlar evlənə cütlüyün seçimi ilə ya bələdiyyədə, ya da kilsədə qeydiyyata alına bilər.

AzNews.az